Karantin qaydalarını pozan çörək sexi aşkarlandı

  • 06.06.2020
  • 0

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupundan APA TV-nin yerli bürosuna verilən xəbərə görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb. İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.