Boş qalan “Küləklər Şəhəri” və ancaq eşidilən külək səsi

  • 06.06.2020
  • 0

Bu həftədən başlayaraq cümə günü gecə saatlarından bazar ertəsi səhər saatlarınadək küçəyə çıxmaq qadağasının tətbiqinə başlanılıb. YPX.AZ xəbər verir ki, bu səbəbdən paytaxt küçələri tam səssizdir və demək olar ki, küçələrdə heç kim yoxdur. Daha yollardan nə şin səsləri, nə motor uğultuları eşidilmir. Sakinlər isə maksimum dərəcədə qaydalara əməl edib küçələrə çıxmırlar və bütün iaşə obyektləri bağlıdır. Bu günlər bir tarixdir və bizlər bu tarixin canlı şahidləri. Ümid edirik tezliklə bu çətin günlər bbitəcək və yollarımız bu qədər boş, havaların isti keçməsinə baxmayaraq soyuq olmayacaq. Paytaxtımızın boş küçələrinin əks olunduğu görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?