Qaradağda vətəndaş evini marketə çevirdi

  • 06.06.2020
  • 0

Bakının Qaradağ və Xətai rayonlarında qanunsuz fəaliyyət göstərən marketlər aşkar edilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Qaradağ rayonunda yaşayış binasının 1-ci mərtəbəsində yaşayan şəxs evinin bir hissəsini marketə çevirib və həftəsonu fəaliyyəti qadağan olunduğu halda işləyib. Daha bir böyük market isə Xətai rayonunda fəaliyyət göstərərkən aşkar olunub. Sözügedən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib edilib.

Nə düşünürsən?