Dünyada bu gün - 06.06.2020

  • 06.06.2020
  • 0

1. 1920-ci il iyunun 6-da Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. 2. Müasir rus ədəbi dilinin banisi, şair və dramaturq Aleksandr Sergeyeviç Puşkin 1799-cu il iyunun 6-da Moskvada anadan olub. 3. Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor, pedaqoq, ictimai xadim Zəfər Əlipaşa oğlu Nemətov 1917-ci il iyunun 6-da Bakıda anadan olub. 4. Azərbaycanın əməkdar rəssamı, ilk monumentalçı qadın heykəltəraş Münəvvər Məcid qızı Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olub. 5. Azərbaycan aktyoru, həkim Arif Teyyub oğlu Mirzəquliyev 1931-ci ilin iyununda Bakıda doğulub. 6. Azərbaycanın xalq artisti, opera müğənnisi Xuraman Əkrəm qızı Qasımova 6 iyun 1951-ci ildə Bakıda anadan olub. 7. Azərbaycanın Milli Qəhrəmanı Vəzir İsa oğlu Sədiyev 6 iyun 1961-ci ildə Gürcüstanın Marneuli rayonunun Aşağı Qullar kəndində doğulub. 8. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Faiq Alış oğlu Ağayev 6 iyun 1969-cu ildə Ağdam rayonunun Papravənd kəndində doğulub. 9. Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Şahin oğlu Məmmədov 1967-ci ilin iyununda Xocalı rayonunun Kosalar kəndində anadan olub. 10. Görkəmli Azərbaycan alimi, filosof və ədəbiyyatşünas Firudin bəy Əhməd bəy oğlu Köçərlinin anım günüdür. 11. Azərbaycanın xalq artisti, teatr və kino aktrisası, Prezident təqaüdçüsü Zəroş Mirzəbağır qızı Həmzəyeva da bu gün xatırlanır.

Nə düşünürsən?