"Prezidentin bu hərəkəti vətəndaşlara nümunədir"

  • 05.06.2020
  • 10 baxış
  • 0

Prezident İlham Əliyevin qapalı məkanda xüsusi karantin rejimi qaydalarına əməl edərək tibbi maskadan istifadə etməsi hər bir vətəndaş üçün nümunə olmalıdır. Bunu ''Xəzər Xəbər''ə müsahibəsində millət vəkili Rəşad Mahmudov deyib. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün həm verdiyi qərarların tətbiqi ilə bağlı göstərdiyi səylər, həm də bu məsələyə şəxsən özünün fərdi xüsusiyyətləri ilə yanaşması hər bir vətəndaş qarşısında bir məsuliyyət qoyur. Rəşad Mahmudov deyib ki, hər bir vətəndaş həm özünün, həm də digərlərinin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün verilən qayda və tövsiyələrə ciddi əməl etməlidir. Ölkə Prezidentinin açılış mərasimlərində xüsusi karantin rejimi qaydalarına əməl etməklə tibbi maskadan istifadə etməsi, əslində vətəndaşlara bu məsələnin nə qədər ciddi olduğu ilə bağlı bir mesaj verdi. Hər bir vətəndaşın sağlamlığı dövlətimiz və onun Prezidenti üçün prioritet məsələdir. Bu infeksiyanı dəf etmək üçün vətəndaşların üzərinə düşən məsulyyət isə tibbi maskadan istifadə edərək, metodiki göstərişdə qeyd olunan qaydalara əməl etmələri ilə bağlıdır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?