Sərxoş sürücü solu sağla səhv salıb piyadaları vurdu

  • 05.06.2020
  • 0

Rusiyanın İvanov şəhərində sərxoş sürücü avtomobillə bir neçə piyadanı vurub. Avtosfer.az xəbər verir ki, hadisə “Suxovo-Deryabixsk” mikrorayonunda qeydə alınıb. Məlumata görə, əsas yoldan ikinci dərəcəli yola manevr edən avtomobilin sürücüsü, solu sağla səhv salaraq səkidə irəliləyən qadını, iki uşağını və bir kişini vurub. Qəza nəticəsində kişiyə hadisə yerində ilkin tibbi yardım göstərilib. Ana və onun 7 yaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Əl arabasında olan yaş yarımlıq körpə isə heç nə olmayıb. Polisin bildirdiyinə görə, qəza törədən avtomobilin sürücüsü sükan arxasında sərxoş olub. Onun barəsində inzibati qaydada 3 protokol tərtib edilib. Avtomobil isə cərimə meydançasına aparılıb.

Namiq Musayev

Nə düşünürsən?