Bakıda gözətçini marketdə qətlə yetirənlərin görüntüləri yayıldı

  • 05.06.2020
  • 0

Bakıda mağaza gözətçisini qətlə yetirən şəxslərin görüntüləri yayılıb. YPX.AZ xəbər verir ki, iyunun 1-də, səhər saat 6:00 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən mağazanın anbarında orada işləyən Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işinə başlanılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə ilə bağlı Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar. Faktla bağlı Daxili İşlər Nazirliyinin yaydığı videonu təqdim edirik:

Nə düşünürsən?