Bakı-Sumqayıt yolunda ölümlə oynayan qız

  • 05.06.2020
  • 0

Bakı-Sumqayıt yolunda avtomobil hərəkətdə olarkən gənc qız təhlükəli hərəkətlər edib. Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər. Bildirilir ki, Bakı-Sumqayıt yolunda “Changan” markalı, 90 PK 261 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən gənc bir qız avtomobilin “lyuku”ndan çıxaraq digər hərəkət iştirakçılarının diqqətini yayındırıb. Bununla da o həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altında qoyub. Hadisənin görüntülərini təqdim edirik.

Nə düşünürsən?