Tolik mülklərini açıqladı: "3 evim, 1 villam..."

  • 05.06.2020
  • 0

Ötən gün məşhur aparıcı Tarix Əliyev instaqram hesabında canlı yayımda olub. BiG.AZ xəbər verir ki, Tolik canlı yayım zamanı bir sıra açıqlamalar verib. Belə ki, Tolik izləyicilərinə Bakıda 3 evi və 1 villasının, Türkiyədə isə 1 evinin olduğunu deyib: "Mən 2000 manatdan çox maaş alıram. Bunu mənə heç kim almayıb. Mən vaxtında ofisiant, satıcı, marşrut avtobusunda konduktor isləmişəm. Röya ilə işləyəndə kirayədə yaşayırdım, sonra dostum mənə ev aldı. O evdə yaşaya-yaşaya pulumu yığıb başqa ev aldım. Sonra birinci evi satıb villamı almışam. Bəli, bir aydır işləmirəm, amma maaşımı alıb onunla dolanıram".

Nə düşünürsən?