Bakıda tələbə qız intihar edib

  • 04.06.2020
  • 0

Bakıda intihar hadisəsi baş verib. KONKRET.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?