Bakıda yol nəqliyyat hadisəsi baş verdi

  • 04.06.2020
  • 0

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var. APA TV-nin məlumatına görə, hadisə Nizami rayonu, Qara Qarayev prospektində, "Lotos" Ticarət Mərkəzinin qarşısında qeydə alınıb. Avtomobil qəzasında 3 nəfər xəsarət alıb. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.