Karantin qaydalarını pozan daha bir çay evi aşkarlandı

  • 04.06.2020
  • 0

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkirdə Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir. APA TV-nin yerli bürosunun məlumatına görə, polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Aşağı Seyfəli kəndi ərazisində Ricat Qafarovun işlətdiyi çay evində müştərilərin qəlyan avadanlıqlarından istifadə etdiyini müəyyən ediblər. Şəmkir RPŞ-nin Xidmət üzrə rəis müavini İlqar Əliyev çay evinin fəaliyyətinin dayandırıldığını deyir: “Keçirilən sonuncu reyd zamanı rayonun Seyfəli kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən qəlyan avadanlıqlarından istifadə edən çay evi aşkarlanıb. Obyektin fəaliyyəti dayandırılıb”. Bundan başqa, çay evinə baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi, tibbi maskalardan da istifadə etmədikləri də aşkar edilib. Obyektdə olan ümumilikdə 5 nəfər saxlanılaraq polis şöbəsinə gətiriliblər. Obyektin sahibi Ricat Qafarov etdiyi əməli etiraf edib: “Sadəcə məndən xahiş etdilər məndə hazırladım verdim çəkdilər. Oda polis əməkdaşları gəlib gördülər. Bura gətirdilər”. Çay evində müştəri olan Nurlan Qurbanəliyev də əməlindən peşmandır: “Qonaq gəldim ürəyim qəlyan istədi. İndidə peşmanıq, çox peşmanıq. İstəyirik bizə baxıb heç kim istifadə etməsin”. Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə ediliblər.

Nə düşünürsən?