Bakıda dəhşətli qəza: yaralılar var

  • 04.06.2020
  • 0

Bakının Nizami rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 99 UA 079 dövlət nömrə nişanlı "Chrysler" markalı avtomobil ilə 99 SK 350 dövlət nömrə nişanlı "İrankhodro" markalı avtomobilin toqquşub. Ağır qəza nəticəsində hər iki avtomobilin sürücüsü və ərazidə olan piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə təcili tibbi yardım və yol polisi əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya təxliyə edilib. Hazırda ərazidə tıxac müşahidə olunur. Qəza ilə bağlı fotolar və videonu təqdim edirik:

Nə düşünürsən?