Allahşükür Paşazadə videokonfransa qatıldı

  • 04.06.2020
  • 0

A.Paşazadə S.B.M.Əl-Maliklə İSESKO-Azərbaycan əlaqələrini müzakirə edib Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İSESKO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Maliklə videokonfrans formatında görüş keçirdi. Görüşdə QMİ sədri ilə İSESKO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Malikə İslam dünyasının nüfuzlu təşkilatının rəhbəri vəzifəsində fəaliyyətinə xeyir-dualarını bildirdi və Azərbaycanla İSESKO arasında mövcud əlaqələrin daha yüksək səviyyəyə qalxması yönündə birgə səmərəli əməkdaşlığa ümidvar olduğunu vurğuladı. Şeyxülislam A. Paşazadə İSESKO müstəvisində Azərbaycanın işğal altında olan ərazilərinin mədəni, dini-mənəvi irsinə münasibətdə, habelə qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinə hər zaman diqqət və dəstək nümayişini islam həmrəyliyi nümunəsi kimi təqdir etdiyini bildirdi. Şeyxülislam A. Paşazadə Azərbaycan Prezidentinin və ölkəmizin Birinci vitse-prezidentinin İSESKO ilə əlaqələrə böyük önəm verdiyini vurğuladı. QMİ sədri İSESKO ilə bərabər elm, mədəniyyət, din, ictimai xadimlərinin birgə konfranslarının keçirilməsinin böyük əhəmiyyətini vurğuladı. İSESKO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Malik Şeyxülislam A. Paşazadəni İslam dünyasının dəyərli şəxsiyyəti kimi səciyyələndirdi və onunla görüşdən, rəhbərlik edtiyi qurumun ehtiva etdiyi sahələr üzrə yaxın gələcəkdə sıx əməkdaşlıq perspektivindən məmnunluğunu ifadə etdi. QMİ sədrinin KAICIID Beynəlxalq dinlər və mədəniyyətlər arası dialoq Mərkəzinin Direktorlar Şurasının üzvü kimi fəaliyyətini yüksək dəyərləndirən İSESKO-nun baş katibi rəhbərlik etdiyi qurumun nizamnaməsində edilmiş dəyişikliklər barədə QMİ sədrini geniş məlumatlandırdı. Bildirdi ki, İSESKO qeyri-İslam dinləri ilə əməkdaşlıqda maraqlıdır və bu baxımdan, Şeyxülislam A.Paşazadənin beynəlxalq müstəvidə, o cümlədən, regionda dinlərarası dialoq və konfessiyalararası əməkdaşlıq sahəsində böyük nüfuz və təcrübəsinə, habelə təşkilatçılıq qabiliyyəti və geniş əlaqələrinə böyük önəm verir. Pandemiya səbəbindən videoformatda görüşdüklərini bildirən QMİ sədri A.Paşazadə inşallah xəstəlik təhlükəsi sovuşduqdan sonra İSESKO-nun baş katibi Səlim bin Məhəmməd Əl-Maliki Azərbaycana səfərə dəvət edəcəyini dedi və rəhbərlik etdikləri qurumlar arasında qarşılıqlı faydalı işbirliyi, dini-mənəvi dəyərlərə istinadən birgə layihələrin həyata keçirilməsinin zəruriliyinə diqqəti çəkdi. Görüşdə Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə iştirak etdi.

Nə düşünürsən?