İsrail bu silahı təkcə Azərbaycana satıb

  • 04.06.2020
  • 0

İsrailin “Aviasiya sənayesi” (İAİ) konserni may ayında LORA raket kompeksinin sınağını həyata keçirib. Modern.az holdinqə istinadən xəbər verir ki, sınağın keçirilməsi barədə məlumat yalnız ötən gün rəsmən açıqlanıb. Aralıq dənizində keçirilən sınaqlar zamanı LORA raketləri uzaqlığı 90 və 440 kilometr məsafədə olan 2 hədəfi də yüksək dəqiqliklə məhv edib. Buna qədər, LORA raketinin yalnız 300 kilometrə qədər məsafədə hədəfi məhv etdiyi söylənilirdi. Sınağın uğurundan danışan İsrail baş naziri Benyamin Netanyahu “qoyi düşmənlərimiz bizdən qorxsun” – deyə LORA raketlərinin yüksək zərbə potensialına toxunub. “Koronavirusla mübarizə ilə paralel, biz İsrailin təhlükəsizliyi üçün həm müdafiə, həm hücum vasitələrini təkmilləşdiririk. İAİ konserni və təhlükəsizlik orqanları əhsən! Uğurlu raket sınağı İsril vətəndaşları üçün xoş, düşmənlərimiz üçün isə daha bir pis xəbər oldu”. LORA ballistik raketləri İsrail tərəfindən yalnız Azərbaycana satılıb. Azərbaycan 2018-ci ildə bu müasir operativ-taktiki raket sistemlərini nümayiş etdirmişdi.