Azərbaycanda küçəyə ancaq bu şəxslər çıxa biləcək

  • 04.06.2020
  • 0

“Artıq məhdudlaşdırma ildə bağlı məsələ müzakirə olunub”. APA TV xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. Həmçinin o qeyd edib ki, son günlər ölkədə koronavirusla bağlı yoluxmanın dərəcəsinin artması müşahidə olunur. Mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, cümə axşamından bazar ertəsinə qədər Bakı, Sumqayıt, Gəncə, Abşeron rayonu və Lənkəran şəhərində küçəyə çıxmağın qadağan olunması qərarını qəbul etdik. Həmçinin sədr qeyd edib ki, ictimai və şəxsi nəqliyyatdan istifadə həftə sonları müəyyən sahələrlə çalışanlar istisna olmaqla tam qadağan olunacaq. Dövlət müəssisələrində cümə günləri iş saatının azaldılması da təklif olunub. Cümə axşamı və cümə günləri nəzərə alınmalıdır ki, bütün ticarət mərkəzləri, hətta marketlərin də tam qapanması nəzərdə tutulur. Növbətçi apteklərin olması müzakirə olunur. Qərarların qüvvəyə minməsi ilə əlaqədar detallı məlumatlar sabah Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirilən mətbuat konfransında bildiriləcək.

Nə düşünürsən?