Bu gün dünyada nələr olub?

  • 04.06.2020
  • 0

1. 1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan dövlətçiliyi əleyhinə hərbi qiyam baş verib. 2. Azərbaycanın əməkdar artisti, müğənni (lirik soprano) Fatma Yusif qızı Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olub. 3. Azərbaycanın el şairi Sücaət Yunus oğlu Əhmədov 1943-cü ilin bu günü Kəlbəcərdə müəllim ailəsində anadan olub. 4. Azərbaycanın xalq artisti, tarzən Firuz Əliyev 1950-ci il iyunun 4-də Buzovna qəsəbəsində anadan olub. 5. Azərbaycanın Milli Qəhrəmanı, general leytenant Rövşən Telman oğlu Əkbərov 4 iyun 1965-ci ildə Bakı şəhərində dünyaya gəlib. 6. Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuş azərbaycanlı müğənni Eldar Pərviz oğlu Qasımov 1989-cu ilin iyununda Bakı şəhərində anadan olub. 7. Azərbaycanın xalq artisti, aktrisa Solmaz Cəbrayıl qızı Qurbanovanın anım günüdür. O, 1939-cu il noyabrın 16-da Bakıda anadan olub. 8. İran İslam Respublikasının qurucusu ayətullah Ruhullah Xomeyninin xatirə günüdür. O, 1902-ci il sentyabrın 24-də İranın Xomeyn şəhərində anadan olub.

Nə düşünürsən?