Kənd təsərrüfatına dəstək verilir

  • 03.06.2020
  • 0

İyunun 1-dək 512 fermerə 5,2 mln manat güzəştli mikrokredit verilib İyunun 1-dək 512 fermerə 5.2 milyon manat kənd təsərrüfatı təyinatlı güzəştli mikrokredit verilib. Bu vəsaitin 4.5 milyon manatı hevvandarlıq, 335 min manatı əkinçilik, 208 min manatı bağçılıq, 102 min manatı isə arıçılıq və digər ailə kəndli-fermer təsərrüfatlarının qurulmasına və inkişafına ayrılıb. Mikrokreditlərin verilməsinə mayın 23-dən başlanıb. Prezident İlham Əliyevin pandemiya şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında sərəncamı ilə Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb. Aqrar mikrokreditlər 15 min manatadək məbləğdə, illik 12% olmaq şərtilə, təminatsız və 3 ilədək müddətdə verilir.

Nə düşünürsən?