Təmirdən çıxan avtomobil yolun ortasında alışıb yandı

  • 03.06.2020
  • 0

Türkiyənin İstanbul şəhərində təmirdən çıxan avtomobil yanıb. Avtosfer.az xəbər verir ki, insident iyunun 3-də Maltəpə rayonunda qeydə alınıb. Bu barədə DHA agentliyi məlumat yayıb. Məlumata görə, 06 FG 0002 qeydiyyat nömrə nişanlı minik avtomobili təmir edildikdən sonra yoxlamaya çıxarılıb. Avtomobil hərəkətdə olarkən altı hissəsi qəfildən alovlanmağa başlayıb. Digər sürücülərin xəbərdarlığından sonra ustalar maşını yolun sağına çəkərək salonu tərk ediblər. Avtoservis işçiləri və digər sürücülər yanğınsöndürmə balonu ilə yanğına müdaxilə etməyə çalışsalar da, alovlar qısa müddətdə avtomobili bürüyüb. Daha sonra hadisə yerinə yanğınsöndürmə və polis əməkdaşları cəlb ediliblər. Yanğın, yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Lakin yanğın söndürülsə də avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırmalara başlanılıb.

Namiq Musayev

Nə düşünürsən?