Azərbaycanda daxili turizmin 4 illik strategiyası hazırlanır

  • 03.06.2020
  • 0

Azərbaycanda orta müddətli daxili turizm strategiyasının hazırlanması üçün müzakirələr başlayıb. Bunu "Xəzər Səhər"ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, daxili turizmin inkişafı üçün Agentliyə bir sıra təkliflər daxil olub və hazırda müzakirələr gedir. Hazırlanan layihə 2020-2023-cü illəri əhatə edəcək. Bu istiqamətdə bir sıra ölkələrin təcrübəsi öyrənilib.

Nə düşünürsən?