Traktorun altında qalaraq öldü

  • 03.06.2020
  • 0

38 yaşlı Lənkəran sakini traktorun altında qalaraq dünyasını dəyişib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Liman şəhəri ərazisində, Boladi kənd sakini 1982-ci il təvəllüdlü Famil Musayev ehtiyatsızlıqdan həmkəndlisi, Mikayıl Məlikzadənin idarə etdiyi qoşqulu traktorun təkəri altında qalıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. Famil Musayevin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Bədbəxt hadisənin hansı şəraitdə baş verdiyi hələlik dəqiq məlum deyil. Faktla bağlı araşdırma aparılır.