İş adamının maşını gülləbaran edildi

  • 02.06.2020
  • 2.3K baxış
  • 0

Rusiyanın federal "Qafqaz” avtoyolunun İnquşetiya Respublikasından keçən hissəsində naməlum şəxslər iş adamının "Chevrolet” markalı avtomobilini gülləbaran ediblər. Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, şübhəlilər sonra hadisə yerindən qaçıblar. Güllə yaraları almış 41 yaşlı sürücü hadisə yerində həyatını itirib. İlkin məlumatlara görə, baş verənlərə səbəb şəxsi fikir ayrılıqları ola bilər.

Nə düşünürsən?