İlham Əliyev 4 mühüm sərəncam imzaladı

İlham Əliyev 4 mühüm sərəncam imzaladı

  • 02.06.2020
  • 0.9K baxış
  • 0

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Yenicag.az xəbər verir ki, sərəncamda deyilir: 1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Əməkdar mühəndis” Səfərov Emin Nadir oğlu “Əməkdar pilot” Əliyev Hacıağa Muxtar oğlu Əlizadə Sadıx Pərviz oğlu Hidayətov Ramiz Rasim oğlu Novruzov Əkbər Mühüddin oğlu Sadıxov Vaqif Fazil oğlu Truxanov Vasiliy Pavloviç. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası mülki aviasiya işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 2-ci dərəcəli “Əmək” ordeni ilə Hacıyev Eldar Əli oğlu Hüseynov Etibar Xudaverdi oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə Tibilov Zaxar Konstantinoviç “Tərəqqi” medalı ilə Dupikova Nataliya Nikolayevna Əfəndiyev Arif Xanməmməd oğlu Əliyev Fariz Fəhrəddin oğlu Həsənov Xaqani Mikayıl oğlu Knyazev Vitaliy Vitalyeviç Quliyev Fuad Hidayət oğlu Manizadə Cəmil Fəxrəddin oğlu Məmmədov Tahir Məmməd oğlu Məmmədov Teymur Namik oğlu Rəfi-zadə Murad Rüfət oğlu. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədilə qərara alıram: 1. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” (bundan sonra – Strategiya) təsdiq edilsin (əlavə olunur). 2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın həyata keçirilməsində əlaqələndirici orqan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müəyyən edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın 2020–2025-ci illərdə icrası üzrə fəaliyyət planının layihəsini 3 (üç) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin”.

Nə düşünürsən?