Arvadının intim mesajın tutdu,25 bıçaq vurdu

  • 02.06.2020
  • 0

Azərbaycanda tükürpədici qətl baş verib. Oxu24.com xəbər verir ki,Yevlax rayonunda Saday adlı ər arvadına 25 bıçaq zərbəsi vuraraq qətlə yetirib.Bu barədə məlumat Space TV-də yayımlanan Gəl dərdini danış verilişində məlumat verilib. Məlumatda qeyd olunub ki, ər arvadını xəyanətə görə öldürüb. Belə ki, qadın ərindən ayrılıb. Daha sonra keçmiş əri olu izləməyə başlayıb. Daha sonra arvadının telefonundan mesajlar tapıb. Bundan sonra böyük bıçaq götürərək arvadının yaşadığı evə gəlib. O,azyaşlı uşağının və qayınanasının gözü qarşısında arvadına 25 bıçaq vurub. Qətlə yetirilən qızın anası Saray xanım efirdə bildirib ki, onun qızına şər atılıb. O, heç bir xəyanət etməyib. Hadisənin görüntüsünü təqdim edirik: