Şossedə ard-arda iki təkər qaldıran “Avtoş”

  • 02.06.2020
  • 0

Avtomobili ard-arda iki təkər üzərinə qaldıran “VAZ 2106” sürücüsü. YPX.AZ xəbər verir ki, 10 LV 026 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edərək ətrafa təhlükə saçıb. Belə ki, sürücü paytaxtın girişində, Salyan şossesində bir neçə dəfə idarə etdiyi avtomobili iki təkər üzərinə qaldırıb. Sürücü bu cür dırnaq arası şoular göstərərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Kobud qayda pozuntusuna yol verən sürücünün etdikləri bununlada bitmir. Əldə etdiyimiz digər görüntülərdə, sürücünün avtomobilin arxa yaylarına müdaxilə etdiyi, avtomobilin arxa təkərini yerində fırladaraq tozu dumana qatdığı və nəqliyyat vasitəsinin üzərinə fərqli qeydiyyat nişanı taxdığı da əks olunub. Sürücünün qaydaları önəmsəmədiyi və cəmiyyətə hörmət etmədiyi pozduğu qayda pozuntularını görüntüləyərək qürurla sosial şəbəkələrdə paylaşmasından bəllidir. Gənclərin qayda pozuntuları ilə öyünərək bunları sosial şəbəkələrdə yaymasının azyaşlılara pis örnək olması hallarınıda nəzərə alaraq bu kimi saymazyana davranan gənclər barəsində hər zaman hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər görülüb və görülməkdədir. Təssüflər olsun ki, gənclərimiz bu kimi hallardan nümunə götürmək istəmirlər.

Nə düşünürsən?