Avtomobil qəfil manevr edən “Mercedes”ə çırpıldı

  • 02.06.2020
  • 0

Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobili ilə toqquşan minven iki hissəyə ayrılıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Kadrlarda, “Mercedes” markalı minvenin sürücüsü yol hərəkəti qaydalarına riayət etməyərək qəfil manevr etmək istədiyi və bu zaman eyni istiqamətdə yüksək sürətlə hərəkətdə olan minik avtomobilinin ona çırpıldığı görülür. Zərbənin təsirindən minvenin iki hissəyə bölünür. Sürücü metrlərlə yolda sürükləndi. Yerli KİV-in bildirdiyinə görə, “Mercedes”in sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Nə düşünürsən?