Maşın kanala aşdı,meyit sudan belə çıxarıldı

  • 02.06.2020
  • 0

Masallıda avtomobil kanala aşıb, bir nəfər ölüb, bir nəfər xəsarət alıb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Ərkivan qəsəbəsi ərazisində "Niva" markalı avtomobil yoldan çıxaraq suötürücü kanala aşıb. Hadisə zamanı maşının sürücüsü 1988-ci il təvəllüdlü Müşviq Kərimov su kanalında boğularaq ölüb. Onun meyiti FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qəza zamanı xəsarət alan sərnişin 1996-cı il təvəllüdlü Taleh Kərimli isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?