Dezinfeksiya olmaq istəyərkən az qala yanacaqdı

  • 02.06.2020
  • 0

Hadisə Əhmədabad şəhərində baş verib Hindistanda koronovirusdan qorunmaq istəyən motosikletçi quraşdırılan dezinfeksiya qurğusundan keçmək istəyərkən peşman olub. Avtosfer.az xəbər verir ki, ölkənin Qucarat ştatının Əhmədabad şəhərinin sakini motosikleti ilə bərabər dezinfeksiya olmaq istəyərkən iki təkərli nəqliyyat vasitəsi qəfildən alışıb. Bundan sonra sürücü özünü itirməyərək motosikletin üzərindən özünü kənara atıb. Dezinfeksiya edən vəzifəlilər və polislər yanan motosikletə müdaxilə edərək yanğını söndürüblər. Hadisənin görüntüləri isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Həmin videonu sizlərə təqdim edirik.

Namiq Musayev

Nə düşünürsən?