Azərbaycanda polis azyaşlını ölümdən belə xilas etdi

  • 02.06.2020
  • 0

Abşeronda polis azyaşlı uşağın həyatını xilas edib. Unikal.org xəbər verir ki, Saray qəsəbəsində azyaşlı uşağın halı pisləşib.Bu zaman ərazidən keçən Abşeron Rayon YPX-nin əməkdaşı Cabbarov Xaliq Hümbət oğlu uşağa ilkin tibbi yardım göstərib. Sonra polis əməkdaşı azyaşlını Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsindən sonra uşağın həyatı xilas olunub.

Nə düşünürsən?