Bakıda park halında olan avtomobil anidən hərəkət etməyə başladı

  • 02.06.2020
  • 0

Bakıda park halında olan avtomobil 43 dəqiqə sonra öz-özünə hərəkət etməyə başlayıb. YPX.AZ xəbər verir ki, bu barədə avtomobilin sahibi öz instagram hesabında paylaşım edib. Onun sözlərinə görə, iş yerinin yanında park etdiyi avtomobili parkladıqdan 43 dəqiqə sonra anidən hərəkət etməyə başlayıb və avtomobillərin şütüdüyü yola çıxıb. Təhlükəsizlik kameralarından yola çıxan avtomobili bir neçə gəncin saxladığı və yerinə qaytararaq təkərlərinin altına daş qoyduğu görünür. Paylaşımı zamanı həmin gənclərə təşəkkürünü bildirən avtomobil sahibi, baş verdiyi hadisədən təəccübləndiyini də bildirib. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?