ABŞ-ı qarışdıran videonun şok detalı

  • 02.06.2020
  • 0

ABŞ-da siqaret alarkən saxta 20 dollar verdiyi iddia edilərək saxlanılan və polis tərəfindən boğularaq öldürülən Floyd cinayətinin təfərrüatı məlum olub. Ad - 00:14 ƏTRAFLI nar.az Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Floyd saxlanılandan 8 dəqiqə 46 saniyə sonra huşunu itirib. Məlumata görə, Floyd mayın 25-də marketdən sigara alıb. Market işçisi isə Floydun ona verdiyi 20 dolların saxta olduğunu iddia edərək polisa şikayət edib və onun sərxoş olduğunu, özünü idarə edə bilmədiyini deyib. Hadisə yerinə gələn iki polis Floydun oturduğu maşına yaxınlaşaraq, əllərini qaldırmasını tələb edib. Məlumata görə, polis Flaydı məcburi endirərək, polis maşınına əyləşdirməyə çalışarkən arada kiçik dava düşüb. Prokurorluğun hesabatına görə, dava əsnasında Floydun bədəni bir anda qatılaşıb, yərə yıxılıb. Bu zaman Kauvin adlı polis qolları qandallı Floydun boğazına diziylə basaraq onu boğub. Floydun “Nəfəs ala bilımirəm”, “Lütfən, lütfən” dediyi, anasını çağırdığı bu anların 8 dəqiqə 46 saniyədə baş verdiyi qeyd edilib. Prokurorluğun məlumatında o da bildirilib ki, təxminən 6-cı dəqiqədən sonra Floyd artıq hərəkətsiz qalıb. Bundan sonra orada olanlar polisdən Floydun nəbzini yoxlamaları üçün yalvarıb. Yalvarışlardan sonra JA Kueng Floydun nəbzinin vurmadığı görüb. Ancaq yenə də geri addım atmayıblar. Bütün bunlardan sonra Floyd Hennepin Xəstəxanasına uzanan vəziyyətdə aparılıb və təxminən bir saat sonra öldüyü açıqlanıb.

Nə düşünürsən?