Gəncədə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlandı

  • 01.06.2020
  • 0

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində qanunsuz fəaliyyət göstərən daha bir tədris mərkəzi aşakralyıblar. APA TV-nin yerli bürosunun məlumatına görə, sanitar-karantin rejimi ilə əlaqədar olaraq bütün tədris müəssisələrinin fəaliyyəti dayandırılsa da şəhərin Nizami prospektində yerləşən bu tədris mərkəzi bu qaydalara əməl etməyib: DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, tədris mərkəzinin fəaliyyəti artıq dayandırılıb: “Baş Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib”. Tədris mərkəzinin rəhbəri Fətəli Əliyev əvvəlcə mərkəzin karantin rejimi qaydalarını pozduğunu inkar etməyə çalışsa da, sonradan polisin qanunu tələbi ilə razılaşıb: “Orada 4-5 uşaq yüngül gimnastika ilə məşğul olub, tam fəaliyyət göstərməyib. Amma fakt olub ki, 4-5 nəfər burada bir metr məsafə olmaqla məşq edib. Bu gün orada təmizlik getdiyi üçün istifadə edib məşq ediblər. Bəli bilmirdim indi bildim. Bundan sonra qayda-qanuna əməl edəcəyik”. Fətəli Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Nə düşünürsən?