İş adamının maşını gülləbaran edildi, sürücü öldü

  • 01.06.2020
  • 0

Rusiyanın federal “Qafqaz” avtoyolunun İnquşetiya Respublikasından keçən hissəsində naməlum şəxslər iş adamının “Chevrolet” markalı avtomobilini gülləbaran ediblər. Redaktor.az-ın məlumatına görə, şübhəlilər sonra hadisə yerindən qaçıblar. Güllə yaraları almış 41 yaşlı sürücü hadisə yerində həyatını itirib. İlkin məlumatlara görə, baş verənlərə səbəb şəxsi fikir ayrılıqları ola bilər.

Nə düşünürsən?