Tükürpədici qətlin baş verdiyi evdən video

  • 01.06.2020
  • 0

Bərdədə gənc oğlan anasını və bacısını ov silahı ilə güllələyib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb. Belə ki, Ağdamın Maqsudlu kənd sakini, 1996-cı il təvəllüdlü Toğrul Zeynallı ailə münaqişəsi zəminində anası, 1979-cu il təvəllüdlü Nazirə Zeynalovanı gecə yarısı yatdığı yerdə ov silahı ilə vuraraq öldürüb. Hadisəni görən 21 yaşlı bacısı Əminə Zeynallı isə evdən qaçmağa çalışıb. Lakin Toğrul Zeynallı bacısının arxasına düşərək onu evdən 200 metr aralıda yaxalayıb və eyni silahla atəş açaraq onu da öldürüb. Qonşuluqda yaşayan Nizami Rüstəmov ailənin heç bir probleminin olmadığını bildirir: “Çox gözəl ailə olublar. Biz burda qonşu olmuşuq, onlarda heç bir pis hərəkət görməmişik. Cavandır, yəqin kimsə nə isə deyib. O, da bu hadisəni törədib”. Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nə düşünürsən?