Amerikalı basketbolçu ağdərili vətəndaşı döydü

  • 01.06.2020
  • 0

Milli Basketbol Assosiasiyasında çıxış edən "Klivlend Kavalyers" klubunun sabiq oyunçusu Cey Ar Smit ABŞ-ın Los-Anceles şəhərində xoşagəlməz hadisənin iştirakçısı olub. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Minnesota ştatının Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar aksiya zamanı ağdərili sakinlərdən biri 35 yaşlı basketbolçunun avtomobilinin şüşəsini sındırıb. Bundan əsəbiləşən Smit maşından düşərək həmin şəxsi təqib edib, ona çatdıqdan sonra isə yerə yıxaraq ayağı ilə zərbələr endirməyə başlayıb. Ətrafdakı insanların müdaxiləsindən sonra basketbolçunu sakitləşdirmək mümkün olub. Qeyd edək ki, mayın 25-də internetdə Corc Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videogörüntüsü yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizi ilə boynunu sıxıb. Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.

Nə düşünürsən?