Fırtına Tac Mahalı dağıtdı

  • 01.06.2020
  • 0

Hindistanın Aqra şəhərində yerləşən dünyanın 7 möcüzəsindən biri olan Tac Mahal kompleksi zədələnib. Ölkənin şimalında hökm sürən fırtına tarixi tikiliyə zərər vurub. NDTV kanalının məlumatına görə, kompleksin türbəsindəki əsas və daha sonra əlavə edilən bürclər, eyni zamanda əsas giriş qapısı fəsada uğrayıb. Kompleksin qübbələrini təmizləmək üçün qurulan qüllələrin aşması nəticəsində həyətdəki mərmərlər parçalanıb. Güclü külək isə bağdakı ağacları aşırıb. Hindistan Arxeoloji Analiz Qurumu Tac Mahala 26 min 500 dollar dəyərində zərər dəydiyini hesablayıb. Qeyd edək ki, Cahan şah tərəfindən 1631-ci ildə inşasına başlanan, 22 ilə tamamlanan Tac Mahal UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb./publika.az

Nə düşünürsən?