Rəsulzadənin həyat yoldaşı niyə Səfalət içində Öldü ? – ŞOK fakt

  • 01.06.2020
  • 0

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni böyük məhəbbətlə sevən həyat yoldaşı, polyak əsilli Vanda (Leyla) Rəsulzadənin Ankaradakı qonşuları, ailə dostları HafizTimes-a danışıblar. Bülent Danışoğlu – İqtisadçı. Uzun illər Dövlət Planlama İdarəsində çalışıb. Hazırda təqaüdə çıxıb. İnternet qəzetində iqtisadi mövzuda məqalələri yayımlanır. Ankarada yaşayır. -Niyə illər sonra məhz Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı polyak əsilli Leyla xanım (Vanda) haqqında məqalə yazmaq qərarına gəldiniz? Bu bir sifariş idi? (2004-cü ildə) -Leyla xanım çox diqqət çəkən bir insandı, qəribə hadisələr yaşamışdı. Onunla həmişə söhbət edərdik. Mən o vaxtlar çox gənc idim. Leyla xanımla danışdıqlarımızı bir dəftərə qeyd edərdim. Düşünürdüm ki, gələcəkdə bu mövzuda gözəl bir roman yazım. Amma çox təəssüflər olsun ki, qeydlərimin olmasına baxmayaraq roman yaza bilmədim. Dostlarım dedilər ki, roman yaza bilmirsənsə heç olmasa gördüklərini, qeydlərini qələmə al. 2006-cı ildə Türkiyədə mənim tarixçi dostlarım tərəfindən nəşr olunan bir jurnalda həmin qeydlərimi bir məqalə, araşdırma kimi yayımladım. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni böyük məhəbbətlə sevən həyat yoldaşı, polyak əsilli Vanda (Leyla) Rəsulzadənin Ankaradakı qonşuları, ailə dostları HafizTimes.com-a danışıblar. Bülent Danışoğlu – İqtisadçı. Uzun illər Dövlət Planlama İdarəsində çalışıb. Hazırda təqaüdə çıxıb. İnternet qəzetində iqtisadi mövzuda məqalələri yayımlanır. Ankarada yaşayır. -Niyə illər sonra məhz Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı polyak əsilli Leyla xanım (Vanda) haqqında məqalə yazmaq qərarına gəldiniz? Bu bir sifariş idi? (2004-cü ildə) -Leyla xanım çox diqqət çəkən bir insandı, qəribə hadisələr yaşamışdı. Onunla həmişə söhbət edərdik. Mən o vaxtlar çox gənc idim. Leyla xanımla danışdıqlarımızı bir dəftərə qeyd edərdim. Düşünürdüm ki, gələcəkdə bu mövzuda gözəl bir roman yazım. Amma çox təəssüflər olsun ki, qeydlərimin olmasına baxmayaraq roman yaza bilmədim. Dostlarım dedilər ki, roman yaza bilmirsənsə heç olmasa gördüklərini, qeydlərini qələmə al. 2006-cı ildə Türkiyədə mənim tarixçi dostlarım tərəfindən nəşr olunan bir jurnalda həmin qeydlərimi bir məqalə, araşdırma kimi yayımladım. -Leyla xanımı (Vanda) ilk dəfə nə vaxt gördünüz? Onu necə xatırlayırsınız? -Leyla xanımı həmişə küçədə (sokakda) görərdik. Həmin vaxt Ankara çox da böyük deyildi. Nəqliyyat da sıx deyildi. İnsanlar küçələrdə azad şəkildə gəzirdilər. Leyla xanım da iti ilə birlikdə gəzməyə çıxardı. O vaxtlar da Leyla xanım çox yaşlı idi. Bəlkə də mən çox gənc idim və buna görə də o gözümə yaşlı görünərdi. 1970-ci illərin əvvəllərindən danışıram. Çox incə bir xanım idi. Elə bil toxunsan qırılacaq kimi idi. Məhəllədə çalışan hər kəs onu çox sevərdi. Leyla xanıma “madam” deyə müraciət edərdilər. Ankarada “Küçük Esat” deyilən bir yer var. Bəlkə də eşidibsiniz. Mərkəzdə yerləşir. Leyla xanımı həmişə orda görərdim. Daha sonralar isə Leyla xanımın özü bizə gəldi. Çox şirin-məzəli söhbətləri vardı. Leyla xanımla anam Maral yaxın rəfiqə idilər. Biz ailəliklə Leyla xanımla söhbət etməyi sevirdik. Bizə gələndə qardaşım Şinası ilə, mənimlə gözəl ünsiyyət qururdu. Hətta Leyla xanımın atamla da yaxşı münasibəti vardı. Həmin vaxtlar şəxsən mən Məhəmməd Əmin Rəsulzadəni heç tanımırdım. Onun varlığı haqqında bizə ilk məlumatı da Leyla xanım özü dedi. Çox yaxşı yadımdadır ki, bir dəfə Leyla xanımın evinə getmişdim. Anam isə həmişə gedərdi. Leyla xanım köhnə binanın zirzəmisində yaşayırdı. Həddən artıq yoxsul idi. Onun evinə heç vaxt günəş şüaları düşmürdü. Rütubətli-nəmli bir zirzəmi idi. Bizim evə gəldiyi zaman həmişə günəşlənərdi. Çünki bizim evə günəş şüaları düşərdi. Mən isə belə düşünürdüm ki, yəqin günəş görməyən evdə yaşadığı üçün bizə gələndə günəşlənir. İllər sonra Avropaya getdiyim zaman gördüm ki, həqiqətən də Qərb insanları günəş gördükləri zaman günəşin altında dururlar. Leyla xanım da bizim evin balkonunda günəş şüalarının altında uzanardı. Leyla xanımın evində yalnız bir sandıq vardı. İçərisi dolu idi. Amma dəqiq nələr olduğunu bilmirdim. Yəqin ki, hamısı sənəd və şəkillər idi. Anam Maral hazırda yaşayır. 93 yaşı var. Anamla Leyla xanım çox yaxın rəfiqə idilər. Amma Leyla xanım anamdan da çox yaşlı idi. Leyla xanım bir gün anamın yanında həmin sandığı açıb və gənclik illərinin şəkillərini ona göstərib. Anam deyir ki, Leyla gənclik illərində də çox gözəl bir qadın olub. Leyla xanım vəfat etdiyi zaman gəlib o sandığı, evdə olan bütün sənədləri, rəsimləri götürüblər. Bilmirəm ki, onların aqibəti necə oldu. Guya ki, indi heç kəsdə yoxdur.