Uşaqlardan “sevgi nədir?” soruşduq...

  • 01.06.2020
  • 0

Şübhəsiz ki, uşaqların sevgisi daha saf və təsviri xeyli rahatdır. Məsələn, Məryəm üçün sevgi kartof qızartması, Aqil üçün qırmızı rəngli maşını, Elşad üçün xallı Toplanı ola bilər. Ancaq o demək deyil ki, balacalar üçün sevgi məhfumu elə bununla da yekunlaşır. Odur ki, valideynlər azyaşlıların yanında daha diqqətli davranmalı, yalnız onlara yox, bir-birlərinə qarşı olan sevgini də hiss etdirməlidir. Çünki uşaqlar şəxsi müşahidələrini gələcəkdə öz həyatlarında da tətbiq edirlər. “Qafqazinfo” olaraq körpələrdən onlar üçün sevginin nə olduğunu xəbər almışdıq. Bu məqamda, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü olduğunu nəzərə alaraq həmin videoçarxı bir daha təqdim edirik:

Nə düşünürsən?