Yük maşınını etirazçıların üzərinə belə sürdü - ABŞ-da

  • 01.06.2020
  • 0

Bir neçə gün öncə polis tərəfindən öldürülən qaradərili Con Floyda görə iğtişaşların davam elədiyi Amerikanın Minneapolis şəhərində bir yük maşını etirazçı kütləsinin üzərinə doğru hərəkət edib. Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin ictimai təhlükəsizlik idarəsi sürücü Boqdan Veçirkonun hərəkətlərini dinc nümayişçiləri təxribata çəkmək cəhdi kimi qiymətləndirib. Sürücü saxlanılıb. “NBC" telekanalının təqdim etdiyi görüntülərdə izdihamın əvvəlcə yolun ortasına doğru necə hərəkət etdiyi, sonra onlara yaxınlaşan bir yük maşını səbəbiylə ətrafa səpələndiyini görünür. Yük maşını dayandıqdan sonra nümayişçilər onu mühasirəyə almağa başlayıb və içəri girməyə çalışıblar. Etiraz edənlərdən heç kimin xəsarət almadığı bildirilib.

Nə düşünürsən?