Paşinyan koronavirusa yoluxdu

  • 01.06.2020
  • 0

Ermənistanın Baş Naziri Nikol Paşinyan koronavirusa yoluxub. APA TV-nin məlumatına görə, bu barədə o özü “Facebook” səhifəsində bildirib. Koronavirus testinin müsbət çıxdığını deyən Nikol Paşinyan iqamətgahından işləyəcəyini söyləyib. O, COVİD-19-a yoluxduğuna görə təəssüf hissi keçirdiyini qeyd edib. “Biz koronavirus infeksiyası ilə yaşamağa öyrənməliyik”, - deyə o bildirib.