9 nəfər “Amanda”nın qurbanı oldu

  • 01.06.2020
  • 0

Salvador ərazisində hökm sürən “Amanda” qasırğası səbəbindən azı 9 nəfər həyatını itirib. “Qafqazinfo” “EFE” agentliyinə istinadən bildirir ki, bu barədə yerli DİN başçısı Mario Duran məlumat verib. “Həlak olanların hesablanması davam edir”, - o deyib. Nazir əlavə edib ki, ölkənin bəzi regionlarında elektrik enerjisinin verilişində problemlər müşahidə olunur. Daha əvvəl Salvadorun Prezidenti Nayib Bukele qasırğa səbəbindən ölkədə 15 günlük fövqəladə vəziyyət elan olunduğunu bildirmişdi.

Nə düşünürsən?