Bu Şəhərdə - Qaynana və gəlin 15 il sonra (Qeybət, 2012)

  • 01.06.2020
  • 1

"Bu şəhərdə" estrada teatrı 2000-ci ildə yaranmışdır. Öz fəaliyyəti dövründə Azərbaycanda (400-dən çox), Rusiyada, Kazaxstanda, Belorusiyada, Isveçdə, Latviya, Almaniyada, İngiltərədə- solo konsertlərlə çıxış etmişdir. "Bu şəhərdə" prodakşn -"Qabırğa" (45 bölüm), "Bu şəhərdə"(85 bölüm) verilişlərinin, "Moskva-Bakı qatarı", "Ci-Mi" filmlərinin istehsalçısıdır. Həmçini bir çox Dövlət tədbirlərinin və Bayramlarının təşkilatçısı və iştirakçısıdır. Teatrın əsas aktyorları Azərbaycan Respublikasının Əməkdar artistləri- Rafael İsgəndərov və Coşqun Rəhimov bir çox filmlərdə və Dövlət teatr tamaşalarında obrazlar yaratmışlar. Teatrın Rəhbəri və ssenaristi Müşviq Abbasov bir çox filmlərin, tamaşaların və əsrin çempionu "Parni iz Baku" KVN komandasının ssenaristlərindən biri olmuşdur. "Bu şəhərdə"- ilk Avropa oyunlarının, 4-cü İslam həmrəyliyi oyunlarının, 2016-cı ildə Bakı şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının ulduz səfirləridir.

Nə düşünürsən?