"Virus nə zaman bitəcək?" sualına cavab

  • 01.06.2020
  • 0

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca koronavirusla bağlı qiymətləndirmələr edib. Yerli mətbuata açıqlama verən nazir ikinci mərhələyə "İdarə Olunan Sosial Həyat" adını verdiklərindən və bu dönəmdə vacib şərtlərdən danışıb: "Maskasız gəzməyək. Sosial məsafə önəmlidir. Əl gigiyenasının vacib olduğu bir zamana girmişik". Nazir pandemiyanın Türkiyəyə gec gəldiyini və 6 həftədə ilk mərhələni tamamladıqlarını söyləyib: "Reanimasiyada olan doluluq 62 faizi keçmədi. Hər kəs bir-birinə xəbərdarlıq etməlidir. Qaydalara əməl etmək lazımdır. Yeni bir dalğa gözlənilmir".

Nə düşünürsən?