1 iyuna olan hava ilə bağlı xəbərdarlıq edildi

  • 31.05.2020
  • 247 baxış
  • 0

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər duman olacaq, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-19, gündüz 20-24, Bakıda gecə 17-19, gündüz 22-24 dərəcə isti olacaq. Mayın 31-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, mayın 30-u gündüzdən 31-i axşamadək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Nə düşünürsən?