"Mall"lar bu məhdudiyyətlərlə bərpa edildi

  • 31.05.2020
  • 0

Karantin rejiminin yumşaldılması dövründə daha diqqətli olmalıyıq Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub. REAL xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 29-da qərar verib. Belə ki, 31 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla bərpa edilib. Daha ətraflı REAL-a müsahibəsində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva məlumat verdi.

Nə düşünürsən?