MKİS-nin rəsisi vətəndaşa: "Başını kəsərlər sənin"

  • 31.05.2020
  • 92 baxış
  • 0

Nizami rayonu, Nəsimi küçəsində yolun hərəkət hissəsi Mənzil Kommunal İstismar Sahəsi (MKİS) tərəfindən zəbt edilib. YPX.AZ xəbər verir ki, idarə həmin küçədə yolun hərəkət hissəsində tullantı qutuları üçün yer tikir. Hansı ki, yolun hərəkət hissəsində tikilən bu yer yolda hərəkət edən nəqliyyat vasitələrinin yolunu daraldır, onlar üçün təhlükə yaradır. Sakinlər isə bütün bu olanlardan narazı olduqlarını bildirir, MKİS-nin bu tikilini qanunsuz olaraq tikdiyini iddia edərək etiraz edirlər. Həmin ərazidə yaşayan sakinlər, Nizami Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından əraziyə baxış keçirtməklərini istədikdə isə, polis əməkdaşları da bu tikilinin hərəkət iştirakçıları üçün təhlükə yaratdığını bildirdiklərini deyirlər. Lakin sözügedən MKİS-nin rəisi isə sakinlərlə eyni düşüncədə deyil. Onun düşüncələrinə görə, yolun ortasında tikilən bu tikili hərəkət iştirakçıları üçün təhlükə yaratmır, əksinə sakinlərin şəraitini yaxşılaşdırmaq üçün atılan addımdır. Sakinlər tullantı qutularının əvvəllər ərazidə fəaliyyət göstərən avto yuma obyektinin yaxınlığında, yoldan kənarda yerləşdiyini bildiriblər amma ərazi üzrə qrumun rəhbəri isə bunun əksini iddia edib, etirazını bildirən sakinlə kobud şəkildə danışıb. Sakinlərdən biri ilə aralarında mübahisə yaranan MKİS-nin rəis sonradan vətəndaşı təhqir etməyə başlayıb. Məsələyə etirazını bildirən sakinlər Nizami Rayonu İcra Hakimiyyətinə müraciyyət etdiklərini ancaq bayram günləri olduğu üçün müraciyyətlərinə baxılmadığını bildiriblər. Amma əminliklə deyirlər ki, İcra Hakimiyyəti onların müraciyyətlərinə baxacaq və bütün bu qanunsuzluqlara müdaxilə edəcək.

Nə düşünürsən?