Qaydalara məhəl qoymayan sürücü, başqalarına da mane oldu

  • 31.05.2020
  • 0

Əks yola çıxmaqla digər sürücülərə çətinlik yaradan sürücü, svetoforun qırmızı işığında keçib. YPX.AZ xəbər verir ki, Mir Cəlal küçəsindən Asif Məhərrəmov küçəsinə doğru hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntularına yol verib. Belə ki, əvvəlcə o, 1.3 nişanlanma xəttinin tələbini pozaraq əks hərəkət zolağına çıxıb və qarşıdan gələn sürücülər üçün təhlükə yaradıb. Daha sonra isə sürücü svetoforun qırmızı işığından keçərək növbəti dəfə qayda pozub. Sürücünün qayda pozuntuları hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb. Həmin görüntüləri sizlərə təqdim edirik:

Nə düşünürsən?