Bakıda uşaq özünü maşının altına atdı

  • 31.05.2020
  • 0

Bakıda baş verən hadisə avtomobildə olan videqeydiyyatçıya düşüb. Avtosfer.az xəbər verir ki, paytaxt küçələrinin birində sürücü sağa dönür. Qaydalara riayət edərək sürəti aşağı salır. Bu zaman avtomobillərin arasından azyaşlı bir uşaq çıxaraq maşının qabağına qaçır. Sürücü həm sürət aşağı olduğu, həm də vaxtında reaksiya verdiyi üçün qəzanın qarşısını alır. Uşağın arxasınca qaçan valideyni isə onu saxlayır. Bu zaman qadının uşağı vurması da diqqətdən yayınmır. 

Videonu təqdim edirik:

Nə düşünürsən?