Azərbaycanda şəhər mərkəzində ayı görünüb

  • 31.05.2020
  • 0

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.  Bu barədə Redaktor.az-a Şəki Regional Ekologiya İdarəsindən məlumat verilib.  Bildirilib ki, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir: "Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar".

Nə düşünürsən?