İndiyə qədər görünməmiş mükafatlandırma mərasimi

  • 30.05.2020
  • 0

Bu gün futbol üzrə Avstriya kubokunun final oyunu keçirilib. Offsideplus.az xəbər verir ki, həlledici matçda "Avstriya Lustenau"nu 5 cavabsız qolla məğlub edən "Zaltsburq" ali mükafata sahib çıxıb. Əsas məqam isə mükafatlandırma mərasimi olub. Belə ki, futbolçular medalları özləri götürüb və kuboku başları üzərinə qaldırarkən məsafəli dayanıblar. Səbəb isə koronavirus pandemiyasına görə tətbiq edilən şərtlərdir.

Nə düşünürsən?